Pelosi Trampın sözlərinə etiraz edib
-
Pelosi Trampın sözlərinə etiraz edib
ABŞ konqresinin nümayəndələr palatasının demokrat sədri bu ölkənin prezidentini bir konqresmenə qarşı irqçi hücumda ittiham edib.
Nensi Pelosi ABŞ konqresinin nümayəndələr palatasının Afrika mənşəli üzvü, Merilanddan və Baltimor seçki məntəqəsindən olan Elica Kaminqsi müdafiə edərək, ABŞ prezidenti Donald Trampın bu nümayəndəyə qarşı hücumunu rasistcəsinə hərəkət adlandırıb.
Baltimor meri Bernard Yonq da Trampı Baltimor, Amerika və dünya əhalisi üçün biabırçılıq mənbəyi adlandırıb.
Donald Tramp öz twitter hesabında konqresin nəzarət komitəsinin sədri Elica Kaminqsə hücum edib və onun Baltimordakı seçki dairəsini "siçan yığıntısı" adlandırıbdır.
Bu twitt Elica Kaminqsin miqrantların saxlanıldıqları təcridxanaların durumuna görə, daxili təhlükəsizlik nazirini kəskin şəkildə tənqid etməsindən sonra yayılıbdır.
Tramp son zamanlar da bir neçə twitt mesajında ABŞ konqresinin rənglidərili qadın nümayəndələrinə hücum edərək, onları təhqir etmiş, bu da demokratların geniş etirazları ilə üzləşmişdi.