Avq 01, 2019 11:24 Asia/Baku
  • İranın nüvə sanksiyalarından azadlıqları uzadılacaq
    İranın nüvə sanksiyalarından azadlıqları uzadılacaq

Ağ Ev-in milli təhlükəsizlik müşaviri Tehran vaxtı ilə bu gün səhərçağı deyib ki, Amerika İranın nüvə proqramı sanksiyalarından azadlıqlarını daha doxsan gün müddətinə uzadacaq.

Con Bolton "Foks Nyus" telekanalı ilə müsahibədə əlavə edib: Avropa ölkələri, Rusiya və Çin İranla qeyri-hərbi və qeyri-nüvə əməkdaşlıqlarını davam etdirə bilərlər.

Əgər bu sanksiyalardan azadlıqlar ləğv edilərsə, Vaşinqton İranın nüvə layihələrində fəaliyyət göstərən avropalı şirkətləri, Çini və Rusiyanı sanksiya etməyə məcburdur.

ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 8-də ölkəsinin nüvə anlaşmasından çıxdığını və bu anlaşma vasitəsilə aradan qaldırılmış İran xalqına qarşı sanksiyaları geri qaytardığını elan etdi.

İran İslam Respublikası Amerikanın nüvə anlaşmasından çıxmasına və İran xalqına qarşı sanksiyaları geri qaytarmasına və hətta artırmasına rəğmən, bu anlaşmaya tam şəkildə sadiq qalıb, bir il strateji səbirdən sonra nəhayət Vaşniqtonun bu anlaşmadan çıxmasının ildönümü ilə bir zamanda özünün nüvə anlaşmasındakı bəzi öhdəliklərini azaltdı.

Teqlər