Avq 04, 2019 13:34 Asia/Baku
  • Pentaqon F-35-in faydasızlığında məsuliyyət daşıyır
    Pentaqon F-35-in faydasızlığında məsuliyyət daşıyır

ABŞ senatının üzvü bu ölkənin müdafiə nazirini F-35 qırıcılarının texniki qüsurları və yüksək xərclərində məsuliyyət daşıyan əsas tərəf adlandırıb.

Senator Çak Qrassli Amerikanın müdafiə naziri Mark Esperə ünvanladığı məktubda Pentaqon müfəttişlərinin mart və iyun aylarındakı hesabatlarına işarə edərək, yazıb: Müdafiə nazirliyi F-35 qırıcısı proqramlarının xərcini dəqiq şəkildə dəyərləndirə bilməyibdir. Bu qırıcının üzərində hələ istifadəyə hazır olmayan bəzi detallar quraşdırılıbdır.

Deyilibdir ki, Yaponiyada süqut edən F-35, quru qüvvələrini məlumatlandırmaq üçün təhlükə mesajlarını göndərməkdə aciz qalıbdır.

Xərci indiyədək bir trilyon 500 milyard dollar elan olunmuş F-35 qırıcısı layihəsi saysız-hesabsız texniki problemlərlə üzləşməkdə davam edir.

"Difens Nyus" saytında dərc olunmuş sənədlərə əsasən, bu qırıcıda on üç texniki problem mövcuddur ki, pilotun kəskin zərər çəkməsi, xəstəliyi və ölümünə, eləcə də qırıcının xarab olması və ya itirilməsinə gətirib çıxarır.

Teqlər