Avq 04, 2019 15:26 Asia/Baku
  • Almanlar Fars Körfəzi koalisiyası ilə müxalifət ediblər
    Almanlar Fars Körfəzi koalisiyası ilə müxalifət ediblər

Ən yeni rəy sorğusunun nəticələri göstərir ki, əksər Almaniya vətəndaşları Fars Körfəzi bölgəsində dəniz əməliyyatı ilə müxalifdirlər.

"Frankfurter Algemayne Saytunq" qəzetinin məlumatına görə, "Emnid" müəssisəsinin rəy sorğusunun nəticələri göstərir ki, Almaniya vətəndaşlarının 59 faizi Berlinin Amerikanın Fars Körfəzində dəniz gediş-gəlişini üzdəniraq qoruma üçün nəzərdə tutduğu dəniz əməliyyatında iştirakı ilə açıq şəkildə müxalifdir.

Bu rəy sorğusunda respondentlərin təkcə 28 faizi belə bir əməliyyatla razı olubdur. Respondentlərin on üç faizinin də bu barədə məlumatı olmayıbdır.

Almaniya hökuməti də bu amerikan-ingilis planda iştirak və Fars Körfəzi bölgəsində hər cür gərginlik yaratmaqla öz rəsmi müxalifətini bildirib və bu bölgədəki müdaxilə mahiyyətli hərəkətlərin nəticələri haqda xəbərdarlıq edibdir.

Amerika Berlindən istəmişdi ki, Vaşinqtonun iddiasına görə, "dəniz təhlükəsizliyinin təmini" üçün olan koalisiyaya qoşulsun.

Teqlər