Hindistan Camu və Kəşmirdə komendant saatı qaydalarından geri çəkilib
https://azeri.sahartv.ir/news/dünya-i346400-hindistan_camu_və_kəşmirdə_komendant_saatı_qaydalarından_geri_çəkilib
Camu və Kəşmir bölgəsinin icra başçısı bu bölgədəki komendant saatı qaydalarının yüngülləşdirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2019 14:59 Asia/Baku
  • Hindistan Camu və Kəşmirdə komendant saatı qaydalarından geri çəkilib
    Hindistan Camu və Kəşmirdə komendant saatı qaydalarından geri çəkilib

Camu və Kəşmir bölgəsinin icra başçısı bu bölgədəki komendant saatı qaydalarının yüngülləşdirilməsindən xəbər verib.

Satia Pal Malik deyib: Camu və Kəşmir bölgəsinin bəzi məhdudiyyətləri, o cümlədən komendant saatı qaydaları sabahdan yüngülləşdiriləcəkdir.

Camu və Kəşmir bölgəsinin icra başçısı həmçinin deyib: Qarşıdakı bir həftə ərzində Camu və Kəşmir bölgəsində təhlükəsizlik durumunun yaxşılaşması ilə tədricən rabitə xətləri qoşulacaqdır.

Hindistan hökuməti avqustun 4-də Camu və Kəşmir bölgəsinə on minlərlə hərbi qüvvə göndərərək, bu müsəlmansakinli məntəqənin dünyanın digər nöqtələrilə əlaqəsini tam şəkildə kəsdi ki, bu da kəşmirlilərin və dünya ictimaiyyətinin etirazlarına səbəb oldu.