BMT TŞ-nin Kəşmir barədəki iclası nəticəsiz başa çatıb
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Hindistan hökumətinin Camu və Kəşmir bölgəsinin muxtariyyətinin ləğv olunmasına dair qalmaqallı qərarı haqdakı iclası nəticəsiz başa çatıb.
Çinin xahişi ilə təşkil olunan BMT Təhlükəsizlik Şurasının Kəşmir mövzusu ilə bağlı iclası dünən bağlı qapılar arxasında keçirilib.
Hindistan hökuməti avqustun 5-də nəzarətində olan Kəşmir bölgəsinin xüsusi ixtiyarlarını ləğv etdi.
Hindistan hökumətinin nəzarəti altında olan Kəşmir bölgəsinin xüsusi ixtiyarlarının bu ölkədəki hakim "Bharatiya Canata" partiyasının nəzarətində olan parlament tərəfindən ləğv olunması ilə bu bölgədəki kəşmirlilərin şəraiti daha da çətinləşib və hinduların bu bölgəyə mühacirət etmələrinə və onlar tərəfindən yer alqıısı və satqısına zəmin yaranıbdır.
Kəşmir əhalisi BMT Təhlükəsilzik Şurasının Kəşmirin vəziyyətinin təyin edilməsi üçün referendumun keçirilməsi barədəki qətnaməsinin icra edilməsini istəyir, amma Hindistan hökuməti daim bu addımla müxalifət edir.