Avq 31, 2019 20:19 Asia/Baku
  • Miqrantların böyük dalğası Yunanıstana daxil olub
    Miqrantların böyük dalğası Yunanıstana daxil olub

Ötən illərlə müqayisədə miqrantların ən böyük dalğası Yunanıstanın Lesbos adasına daxil olub.

Yunanıstanın Lesbos adası dünən səhərçağı miqrantların geniş bir dalğasının hücum səhnəsi idi. Bu ada ötən üç ildə miqrantların daxil olmalarının maksimum miqdarını qeydə aldı.

Təkcə bir saat ərzində təqribən 650 nəfər 16 qayıqla bu adada düşdü.

BMT-nin miqrantların məsələləri üzrə ali komissarlığının sözçüsü Boris Çeçirkov Yunanıstanda deyib ki, 2016-cı ildən bəri miqrantların bu həcmdə eyni zamanda daxil olmalarını görməyibdir.

Deyilənlərə görə, bu şəxslərin əksər hissəsi Avropada yerləşən mühacirlərin qəbulu üzrə ən böyük mərkəz olan "Moria" düşərgəsində məskunlaşdırılacaqdır. Bu məkan hazırda öz tutumundan dörd dəfə çox miqrant qəbul edibdir

Diplomatik mənbələr xəbər veriblər ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias cümə günü Türkiyənin Afinadakı səfirini həmin ölkədən miqrantların daxil olmalarının artmasına etiraz etmək üçün çağırtdırdı.

Teqlər