Sen 01, 2019 08:59 Asia/Baku
  • İngiltərəni ümumölkə aksiyaları bürüyüb
    İngiltərəni ümumölkə aksiyaları bürüyüb

İngiltərə baş nazirinin bu ölkə parlamentinin fəaliyyətinin dayandırılması barədəki qərarına qarşı ümumuölkə aksiyaları bu ölkənin otuzdan çox şəhərində keçirilib.

Ümumölkə aksiyaları şənbə günü və İngiltərənin Avropa Birliyindən çıxması- breksit layihəsinin icrası ərəfəsində keçirilib. Minlərlə etirazçı bu ölkənin müxtəlif şəhərlərində, o cümlədən London, Mançester, Lidz, York və Belfastda baş nazir Boris Consonun qərarına etiraz olaraq küçələrə çıxıb.

Londonda etirazçılar bu şəhərin mərkəzinə gələrək, "Yalançı Boris Conson, ar olsun, sənə!" şüarı veriblər.

Yüzlərlə etirazçı vətəndaş da Şimali İrlandiyanın mərkəzi Belfastın küçələrində aksiya keçirib.

Breksitn icra zamanı ilə bağlı Avropanın digər şəhərlərində də etiraz aksiyaları keçirilibdir. Eyni zamanda, Boris Consonun tərəfdarlarından ibarət kiçik bir qrup Vestminsterdə müxaliflər qarşısında onun mövqeyini himayə edibdir.

Teqlər