Rusiyadan Google və Facebook-a xəbərdarlıq: Seçki təbliğatı qadağandır!
Sen 07, 2019 11:52 Asia/Baku
Rusiya hökuməti amerikan Google və Facebook şirkətlərinə xəbərdarlıq edib ki, həmin ölkənin yerli seçkilərində siyasi təbliğatdan çəkinsinlər.
Rusiyada virtual mühitə dövlət nəzarət xidməti- Roskomnadzor dünən bildirib ki, Google və Facebook-dan bazar günü və ondan öncəki gündə Rusiya qanunlarına əsasən, yerli seçkilər boyu siyasi təbliğat aparmanın qarşısını almalarını istəyibdir.
Bu rus orqan bildirib ki, Google və Facebook-un bu müraciətə məhəl qoymamaları Rusiyanın hökumət məsələlərinə müdaxiliə hesab olunacaq.
Sabah paytaxt Moskva daxil olmaqla Rusiyanın bir neçə bölgəsində yerli seçkilər keçiriləcək.