Sen 17, 2019 14:16 Asia/Baku
  • Parisdə hökumətin təqaüd sistemində islahatlar proqramına qarşı aksiya keçirilib
    Parisdə hökumətin təqaüd sistemində islahatlar proqramına qarşı aksiya keçirilib

Fransalı vəkillər, həkimlər, şəfqət işçiləri, pilotlar və stüardessalar Parisdə Emmanuel Makron hökumətinin təqaüd sistemində islahatlar proqramına qarşı aksiya keçiriblər.

Rəsmi geyimlərdə iştirak edən aksiyaçılar təqaüdlərin azalması ilə bağlı öz hiddət və etirazlarını elan ediblər. Aksiyaçıların sayı 20 minə yaxın olub. Onlar öncədən verilmiş çağırış əsasında bu yürüşdə iştirak ediblər.

Yürüş iştirakçıları həmçinin təqaüdçülüyə dəstək üzrə maliyyə fondlarının büdcəsinin azalması ilə bağlı nigarançılıq ifadə ediblər.

Fransanın nəqliyyat sektorunun işçiləri də cümə günü Parisdə tətil keçiriblər. Bu tətil nəticəsində dəmiryolu və avtobus nəqliyyatında probelmlər yaşanıb.

Bu addım Fransada 2007-ci ildə keçirilmiş ümumölkə tətilindən bəri dövlət nəqliyyat sistemində ən böyük ümumi səfərbərlikdir.

Teqlər