Sen 21, 2019 19:55 Asia/Baku
  • "Sarı jiletlilər"in 45-ci etiraz şənbəsində onlarla nəfər həbs olunub

Fransa hökumətinin iqtisadi siyasətlərinə qarşı çıxanlar, başqa sözlə, "sarı jiletlilər" dalbadal 45-ci şənbə Parisin və bu ölkənin digər şəhərlərinin küçələrində polislə toqquşublar.

"Le Paris" qəzetinin məlumatına görə, Fransa polisi şənbə günü nümayişçiləri küçələri tərk etməyə çağırıb və hər cür nümayişə qadağa qoyub, lakin Parisdəki ilk toqquşma və hadisələr gözyaşardıcı qazın buraxılması ilə nəticələnib.

Aksiyaçılar Fransa prezidenti Emmanuel Makrona qarşı şüarlar verərək, öz etirazlarını davam etdiriblər; bu da polislə toqquşmaya gətirib çıxarıbdır.

"Le Figaro" qəzeti də Parisdəki hökumət rəsmilərinə istinadən bu günə qədər 39 nəfərin həbs olunduğunu, 600 etirazçının da istintaq edildiyini bildiribdir.

Anti-kapitalizm aksiyaları ilə bir zamanda, Fransa prezidenti və bu ölkənin digər rəsmiləri qarşıdurmaların artmasından narahat olduqlarını bildiriblər.

Bu məlumata görə, ötən 9 ay ərzində Fransada baş verən çaxnaşmalarda on bir nəfər ölüb. Son rəsmi statistikalara görə isə indiyədək baş verən toqquşmalarda 2500 nəfərə yaxın aksiyaçı və 1717 nəfər polis qüvvəsi yaralanıbdır.

Teqlər