Rusiya: Türkiyənin Suriyaya hücumu ABŞ-ın siyasətinin məhsuludur
https://azeri.sahartv.ir/news/dünya-i350267-rusiya_türkiyənin_suriyaya_hücumu_abŞ_ın_siyasətinin_məhsuludur
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Türkiyənin Suriyanın şimalına hücumunu amerikan koalisiyanın siyasətinin məhsulu adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2019 09:45 Asia/Baku
  • Rusiya: Türkiyənin Suriyaya hücumu ABŞ-ın siyasətinin məhsuludur
    Rusiya: Türkiyənin Suriyaya hücumu ABŞ-ın siyasətinin məhsuludur

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Türkiyənin Suriyanın şimalına hücumunu amerikan koalisiyanın siyasətinin məhsulu adlandırıb.

Vasiliy Nebenzya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında Türkiyənin Suriyanın şimalındakı əməliyyatını ABŞ-ın və üzdəniraq anti-İŞİD koalisiyasının bəzi üzvlərinin Suriyanın şimalında demoqrafik dəyişiklik yaratmaq üzrə siyasətlərinin məhsulu adlandırıb.

Nabenzya əlavə edib ki, Moskva əvvəllər ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın üzvlərinə bu siyasətin nəticələri haqda xəbərdarlıq etmişdi.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi deyib: İndi koalisiya Suriyanın şimalındakı əhali siyasətinin məhslunu yığır.

ABŞ və müttəfiqləri İŞİD terror qruplaşmasına qarşı mübarizə bəhanəsi ilə 2014-cü ilin avqustunda BMT çətçivəsindən kənarda və Suriya hökuməti ilə razılaşdırılmadan beynəlxalq bir koalisiya yaratdılar. Onlar bu günə qədər bir çox suriyalı mülkini qətlə yetiriblər.