Almaniya Suriyanın şimalında təhlükəsiz bölgə yaratmağa çağırıb
Okt 22, 2019 12:15 Asia/Baku
Almaniyanın müdafiə naziri Türkiyə və Rusiyanın iştirakı ilə Suriyanın şimalında gərginliyi azaltmağa yönəlmiş "beynəlxalq təhlükəsiz zona" yaratmağa çağırıb.
Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyanın şimalında "beynəlxalq təhlükəsiz bölgə"nin qurulması planının Almaniya kansleri Angela Merkel ilə koordinasiya edildiyini bildirib.
Karrenbauer əlavə edib ki, plan Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun müdafiə nazirlərinin oktyabrın 24-ü və 25-də Brüsseldə keçiriləcək növbəti iclasında təqdim ediləcəkdir.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Mark Esper bu ölkənin Suriyanın şimalında təhlükəsiz zonanın yaradılmasında iştirak etməyəcəyini bildirmişdi.