Rusiya: İranın nüvə anlaşması üzrə 4-cü addımı atması qaçılmazdır
-
Rusiya: İranın nüvə anlaşması üzrə 4-cü addımı atması qaçılmazdır
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, əgər İran öz iqtisadi maraqlarına nail olmazsa, nüvə anlaşması çərçivəsindəki öhdəliklərinin azaldılması qaçılmazdır.
Sergey Ryabkov “Gələcək naminə dialoq” adlı illik təhsil və elm proqramının iştirakçıları ilə görüşdə belə etiraf edib: İran çoxdan bildiribdir ki, əgər nüvə anlaşmasının digər tərəfləri vasitəsilə bu ölkənin qanuni iqtisadi maraqlarının təmini istiqamətində bir irəliləyiş müşahidə olunmazsa, hər iki aydan bir, lazımi addımları atacaqdır.
O, əlavə edib: Mən inanıram ki, əgər vəziyyət dalanda qalmaqda davam edər və İranın ticari və iqtisadi durumu ilə bağlı yaxşılaşma əldə olunmazsa, öhdəliklərin azaldılması üzrə 4-cü addım qaçılmaz ola bilər.
İran Amerikanın cari il mayın 8-də nüvə anlaşmasından çıxmasının birinci ildönümü ilə bir zamanda və Avropanın Amerikasız İranın maraqlarını təmin edə bilməməsindən sonra hər iki aydan bir, nüvə anlaşması üzrə öhdəliklərin azaldılması istiqamətində addımlar atıbdır.