Amerikanın İrana qarşı yeni təhdid və sanksiyası
https://azeri.sahartv.ir/news/dünya-i351414-amerikanın_İrana_qarşı_yeni_təhdid_və_sanksiyası
Amerika hökuməti Fars Körfəzi ətrafındakı altı ölkə ilə yanaşı birgə addımda İrana və müqavimət qrupları ilə bağlı olan şəxslər və müəssisələrə qarşı yeni sanksiyalar qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2019 05:06 Asia/Baku
  • Amerikanın İrana qarşı yeni təhdid və sanksiyası
    Amerikanın İrana qarşı yeni təhdid və sanksiyası

Amerika hökuməti Fars Körfəzi ətrafındakı altı ölkə ilə yanaşı birgə addımda İrana və müqavimət qrupları ilə bağlı olan şəxslər və müəssisələrə qarşı yeni sanksiyalar qəbul edib.

Amerikanın maliyyə nazirliyi dünən bir açıqlamada bildirib ki, Bəhreyn, Küveyt, Oman, Qətər, əmirliklər və ərəbistanla yanaşı, İran və müqavimət qrupları ilə bağlı olan 25 hədəfi sanksiya edibdir.

Bu açıqlamaya görə, Amerikanın və qeyd olunan altı ölkənin üzvü olduqları terrorizmin maliyyə təmini ilə üzdəniraq mübarizə mərkəzi İran və müqavimət qrupları ilə bağlı olan 25 şirkət, bank və fiziki şəxsi sanksiya edibdir.

Livan Hizbullahı ilə bağlı olan şəxs və müəssisələr sanksiya olunanlar arasındadırlar.

Amerikanın maliyyə naziri Stiv Mnuçin bazar ertəsi günü işğal olunmuş Fələstinə səfərdə və sionist rejimin baş naziri ilə görüşdükdən sonra İrana qarşı yeni sanksiyaların tətbiq olunacağından xəbər vermişdi.