Almaniya və Fransa da İrandakı iğtişaşcılara dəstək verdilər
Noy 19, 2019 09:05 Asia/Baku
Almaniya hökuməti və Fransanın xarici işlər nazirliyi dünən bəyanatlar yayaraq İrandakı son iğtişaşlara dəstək veriblər.
Almaniya hökuməti öz bəyanatında İrandakı iğtişaş və çaxnaşmaları “qanuni toplantılar” adlandıraraq, onları himayə edibdir.
Fransanın xarici işlər nazirliyi də öz bəyanatında söz azadlığına dəstək iddiası ilə İrandakı iğtişaşçıları himayə edibdir.
Cümə günü səhər tezdən İranda benzinin qiymətinə düzəliş layihəsinin icrası ilə ölkənin bəzi şəhərlərində dağınıq şəkildə etirazlar formalaşdı. Bu etirazlar əksər nöqtələrdə dinc şəkildə keçdi, amma bəzi məkanlarda bir qrup xuliqan və quldurun sui-istifadəsi ilə xalqın tələblərindən yayındı.