Fransa hökuməti təcili iclas keçirib
Fransada hökumətin təqaüd qanununa dəyişiklik layihəsinə qarşı etirazların güclənməsi Elize sarayını fövqəladə iclas keçirmək məcburiyyətində qoydu.
Lo Fiqaro qəzeti yazıb: Fransa prezidenti Emanuel Makron və onun hökumətinin üzvləri bu gün günortadan sonra fövqəladə iclasa toplaşaraq təqaüd qanununa dəyişiklik layihəsinin gətirib çıxardığı nəticələri o cümlədən ölkədəki geniş miqyaslı etirazları müzakirə ediblər.
Cümə axşamı günündən Paris İldo Frans və bəzi digər şəhərlərdə start götürən aksiyalarda təqaüd qanununa dəyişiklik layihəsinin əleyhinə olanlar bu layihəyə qəzəblərini bildiriblər. Aksiyalara yüz minlərlə insan qatılıb. Etirazların hədəfi olan layihə gəlirlərin azalmasından əlavə təqaüd yaşına iki il əlavə edəcək.
Fransanın Daxili İşlər Nazriliyinin bildirdiyinə görə, etirazların sadəcə ilk günündə (5 noyabr) 800 mindən çox insan iştirak edib.