Qara Dənizdə Rusiyanın hərbi gəmisi ABŞ-ın esminesinə nəzarət edir
ABŞ-ın esminesinin Qara Dənizə daxil olmasından sonra Rusiyanın bir hərbi gəmisinin ona nəzarət etdiyini xəbər verilir.
Fars Xəbər Agentliyinin bildirdiyinə görə, Rusiya ordusu bazar günü ABŞ-ın Ross adlı esminesinin Qara Dənizə daxil olmasından sonra Rusiyanın Vişniy Voloçyok adlı kreyseri onun izinə düşərək bütün hərəkətlərini nəzarətdə saxlamağa müvəffəq olub.
Cari milad ilində bu artıq neçənci dəfədir ki, bir amerikan esminesi patrul üçün Qara Dənizə ezam olunur.
İki ay bundan öncə də ABŞ Dəniz Qüvvələrinin bir hərbi gəmisi Türkiyənin Bosfor boğazı vasitəsi ilə Qara Dənizə daxil olmuşdur.
ABŞ və Şimali Atlantika Alyansı NATO bundan öncə Qara Dənizdə öz hərbi iştiraklarını və fəaliyyətlərini artırmışlar.
Rusiya-NATO münasibətləri Ukraynanın şərqindəki münaqişələr nəticəsində və 2014-cü ildə Krım yarımadasının Rusiyaya ilhaq edilməsindən sonra gərginləşib.