Dek 19, 2019 13:36 Asia/Baku
  • Fransada ümumi tətil davam edir
    Fransada ümumi tətil davam edir

Fransada bu ölkənin pensiya sisteminə etiraz olaraq keçirilən ümumi tətil 15-ci günə daxil olub.

Bu gün də həm şose, həm də dəmiryolu nəqliyyatı şəbəkələrində hərəkət çox qarışıqdır. Sərnişinlər stansiya və dayanacaqlarda problemlə üzləşirlər.

Bu gün həmçinin Fransanın bir çox şəhərində aksiya keçirilməlidir.

Fransada bu ölkənin pensiya sistemində islahatlara etirazlar üçüncü həftəyə daxil olur. Lakin həmkarlar ittifaqları ilə hökumət arasında pensiya qanunvericiliyi ilə bağlı bir kompromisə o qədər də ümid yoxdur.

Baş Əmək Konfederasiyası, İşçi Qüvvəsi Hərəkatı, Baş İdarəçilər Konfederasiyası və Fransadakı digər peşə birlikləri hökuməti pensiya sistemində islahat planını tamamilə ləğv etməyə çağırıblar. Onlar etiraz aksiyalarının dekabrın sonuna qədər davam etməsi barədə razılığa gəliblər.

Teqlər