Dek 21, 2019 14:43 Asia/Baku
  • Pentaqon rəsmilərinin istefa seriyası davam edir

Vaşinqtonda dövlət rəsmilərinin istefası prosesinin davamında ABŞ-ın Müdafiə Nazirliyi "Pentaqon"nun beynəlxalq əməkdaşlıqlar üzrə baş müşaviri vəzifəsindən istefa verib.

Hil xəbər portalının məlumatına görə, ABŞ-ın Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr üzrə baş müşaviri Tina Kaydanov keçən həftə ərzində vəzifəsindən istefa vermiş 5-ci Pentaqon rəsmidir.

Kaydanov 2018-ci ilin sentyabr ayından Amerikanın Müdafiə Nazirliyinə köçürülüb və Pentqon 2019-cu il dekabrın 16-da onun istefa verdiyini təsdiqləyib.

ABŞ müdafiə nazirinin Asiya məsələləri üzrə köməkçisi Randall Şriver təxminən altı gün əvvəl istefa verib və daha sonra Pentaqonun insan resursları üzrə məsul şəxsi Cimmi Stuartın istefa xəbəri yayılıb.

Amerika prezidenti Donald Trampın gəlişindən sonra Vaşinqtonda mübahisələrin artması səbəbilə bir çox dövlət rəsmisi kənarlaşdırılıb yaxud istefa verib.

ABŞ rəsmilərinin dediyinə görə, D.Trampın hökuməti dövründə  baş verən kənarlaşdırma və istefalar Amerika tarixində misilsizdir.

Teqlər