Dek 22, 2019 14:26 Asia/Baku
  • Morales öz tərəfdarlarını Argentina sərhədində aksiya keçirməyə çağırıb
    Morales öz tərəfdarlarını Argentina sərhədində aksiya keçirməyə çağırıb

Boliviyanın istefa vermiş prezidenti öz tərəfdarlarından istəyibdir ki, bu ölkənin Argentina ilə sərhədində aksiya keçirsinlər.

Evo Morales tərəfdarlarını sosialist hərəkatı partiyasının gələcək seçkilərə namizədinin seçilməsi üçün dekabrın 29-da qeyd etdiyi məkana toplaşaraq, aksiya keçirməyə çağırıb.

Morales həmçinin 14 il rəhbərlik etdiyi sosialist hərəkatı partiyasından iclas keçirməsini istəyib.

Boliviya parlamenti bu həftə, 120 gün ərzində qarşıdakı prezident seçkiləri üçün bir zaman təyin etməlidir.

Boliviya Moralesin qələbəsilə nəticələnən 20 oktyabr seçkilərindən sonra böhrana daxil oldu.

ABŞ-ın dəstəyi altında Boliviyada böhranın şiddətlənməsilə Morales bu ölkəni tərk etməyə məcbur oldu.

 

 

Teqlər