Dek 24, 2019 14:05 Asia/Baku
  • Almaniya
    Almaniya "Nord Stream 2" layihəsinin təkmilləşdirilməsini vurğulayıb

Almaniya hökuməti bildirib ki, "Nord Stream 2" qaz kəməri layihəsi Amerikanın sanksiyalarına rəğmən təkmilləşdiriləcək.

FransPress-in verdiyi məlumata görə,  Almaniya kansleri Angela Merkelə yaxın deputatlardan hesab olunar Piter Beyer deyib: Amerikanın sanksiyaları Rusiya qazını Avropaya ötürəcək qaz kəməri layihəsinin icrasını bir neçə ay dayandıra bilsə də bu kəmər 2020-ci ilin ikinci yarısında təkmilləşəcək. 

Proqramlaşdırmalara görə, Nord Stream 2 gələn milad ilinin əvvəllərində təkmilləşdirilməli və ilin ortalarınadək istifadəyə verilməli idi. 

Nord Stream 2 layihəsinin icrasında məqsəd Baltik dənizi istiqamətindən Almaniyaya qaz köçürülməsi potensialının iki qat artırılmasıdır. 

Vaşinqton bu layihəyə qarşı çıxaraq son günlər bu kəmərin inşasında fəaliyyət göstərən şirkətlərin maliyyə vəsaitlərini 9.5 milyard avroya qədər dondurub və həmən şirkətlərin işçilərinə Amerikaya səfər vizası verilməyəcəyini bildirib. 

Rusiya rəsmiləri Amerikanın bu sanksiyasını cavabsız qoymayacaqlarını deyiblər. 

Teqlər