Yan 02, 2020 20:14 Asia/Baku
  • Yeni milad ili gecəsində Fransada yüzlərlə avtomobil yandırılıb
    Yeni milad ili gecəsində Fransada yüzlərlə avtomobil yandırılıb

Fransa rəsmiləri bildiriblər ki, yeni milad ili gecəsi Fransada geniş zorakılıqlarla müşayiət olunub və çoxlu sayda avtomobil yandırılıbdır.

Fransa rəsmiləri onu da bildiriblər ki, yeni milad ili gecəsi bu ölkənin bir çox şəhərləri, o cümlədən Strasburq, Monpolye, Limoj və Nantda, eləcə də “İl de-Frans” əyaləti polis qüvvələrilə pensiya qanununda dəyişikliklərin tətbiq edilməsi layihəsinə etiraz edənlər arasında toqquşma və zorakılıq səhnələrinə çevrilmişdilər.

Bu istiqamətdə Yeni milad ili gecəsi zamanı Fransanın bir çox şəhərində baş verən zorakılıqlar zamanı yüzlərlə avtomobilin yandırılması kimi oxşar hallar xəbər verilibdir.

Fransa ümumi əmək konfederasiyasının sədri Filipp Martinz yanvarın birində, yəni bu ölkənin prezidenti Emmanuel Makronun 2020-ci ilin başlanması münasibətilə etdiyi çıxışından bir gün sonra Fransa xalqını işdən əl çəkməyə və tətillərdə iştiraka çağırıb.               

 

Teqlər