Almaniya Donald Trampın NATO haqda təklifini rədd edib
Almaniyanın xarici işlər naziri ABŞ-ın Şimali Atlantika Alyansı NATO-nun Yaxın Şərqdə daha çox fəaliyyət göstərməsinə dair çağırışına qarşı çıxıb.
Almaniyanın xarici işlər naziri Hayko Mass N-TV xəbər kanalı ilə müsahibədə ABŞ prezidenti Donald Trampın NATO-nun Yaxın Şərqdə fəaliyyətlərini genişləndirməyə dair tələbinə qarşı olduqlarını bildirib və bunun düzgün qərar olmadığını söyləyib.
"Avropa İttifaqı Yaxın Şərqdə müstəqil rol oynamalıdır" deyə H.Maas əlavə edib.
Onun sözlərinə görə, İraq parlamentinin Almaniya hərbçilərinin bu ölkədən çıxarılmasına qərar verəcəyi təqdirdə Almaniya İraq Dövləti və xalqının istəyinə tabe olacaq və ona sadiq qalacaqdır.
Son zamanlar NATO-nun Avropa üzvləri ilə ABŞ prezidenti Donald Tramın münasibətləri bu alyansın büdcə təmini və fəaliyyətləri ilə əlaqədaq gərginləşib.
Ötən cümə günü yanvarın 3-də İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın Qüds Qüvvələrinin komandanı ordu generalı Qasim Süleymaninin İraq dövlətinin rəsmi dəvətilə bu ölkəyə səfər etməsi və ABŞ qüvvələrinin terror əməliyyatı nəticəsində şəhid edilməsinin ardınca İraq parlamentariləri yanvarın 5-də ABŞ hərbçilərinin bu ölkədən çıxarılması ilə bağlı qərar qəbul ediblər.