Britaniya bu ölkənin Tehrandakı səfirinin saxlanılmasına reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i355847-britaniya_bu_ölkənin_tehrandakı_səfirinin_saxlanılmasına_reaksiya_verib
Britaniyanın xarici işlər naziri bu ölkənin qeyri qanuni bir toplaşmada iştirak edən səfirinin saxlanılmasına reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2020 09:52 Asia/Baku
  • Britaniya bu ölkənin Tehrandakı səfirinin saxlanılmasına reaksiya verib
    Britaniya bu ölkənin Tehrandakı səfirinin saxlanılmasına reaksiya verib

Britaniyanın xarici işlər naziri bu ölkənin qeyri qanuni bir toplaşmada iştirak edən səfirinin saxlanılmasına reaksiya verib.

SkayNeyus xəbər verir ki, Britaniya XİN başçısı Dominik Rob bu ölkənin Tehrandakı səfiri Rob Makairin qeyri qanuni bir toplaşmada iştirak edərkən saxlanılmasına reaksiyada onun saxlanılmasının beynəlxalq qanunlara zidd olduğunu iddia edib. 

Britaniyanın Tehrandakı səfiri dünən gecə Tehranda Əmir Kəbir Universiteti qarşısındakı şübhəli hərəkətləri təşkil və təhrik etdiyinə görə, bir neçə saatlıq saxlanılıb və sonra buraxılıb. 

Deyilənlərə görə Britaniyanın Tehrandakı səfiri etirazçılarla danışır, foto və video çəkirmiş.