Pentaqon İranın raket hücumunda 34 amerikalının xəsarət aldığını etiraf edib
https://azeri.sahartv.ir/news/dünya-i356612-pentaqon_İranın_raket_hücumunda_34_amerikalının_xəsarət_aldığını_etiraf_edib
Amerikanın Müdafiə Nazirlyi İranın Eynül-Əsəd hərbi bazasında raket hücumunda 34 hərbçinin yaralandığını etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2020 09:57 Asia/Baku
  • Pentaqon İranın raket hücumunda 34 amerikalının xəsarət aldığını etiraf edib
    Pentaqon İranın raket hücumunda 34 amerikalının xəsarət aldığını etiraf edib

Amerikanın Müdafiə Nazirlyi İranın Eynül-Əsəd hərbi bazasında raket hücumunda 34 hərbçinin yaralandığını etiraf edib.

Cavan jurnalistlər kulubunun verdiyi məlumata görə, Amerikanın Müdafiə Nazirliyinin sözçüsü Canatan Hafmen dünən etiraf edib ki, İranın Amerikanın İraqdakı Eynül-Əsəd hərbi bazasında raket hücumunda 34 amerikan hərbçi baş və beyin nahiyəsindən zədələniblər.

Hafmen deyib: Öncə Almaniyaya köçürülən 8 yaralı amerikan hərbçi, Amerikaya köçürülüb. 

Öncə Amerikanın müdafiə naziri Mark Esper İranın General Süleymani və onu müşayiət edənlərin, Amerikanın terrorçu ordusu tərəfindən terror edilməsinə raket cavabında ölənlər barədə məlumat verməkdən boyun qaçırmışdı. 

ABŞ prezidenti Donald Tramp da bir mətbuat konfransında demişdi: " Onların baş ağrıları olduğunu eşitmişəm. Mənim deyə biləcəyim budur və bu da ciddi bir şey deyil."