Cerald Nadler: "Donald Tramp diktatordur"
-
Cerald Nadler: "Donald Tramp diktatordur"
ABŞ Konqresinin demokrat üzvlərindən biri impiçment prosidurasında çıxış edərək bu ölkə prezidentini kənarlaşdırılması gərəkən diktator adlandırıb.
Hill Xəbər Portalının məlumatına görə, ABŞ-ın Nümayəndələr Palatasının Hüquq Komitəsinin başçısı Cerald Nadler Senatda bu ölkə prezidenti Donald Trampın impiçmenti ilə bağlı məhkəmə iclasının dördüncü günündə deyib: "D.Tramp öz səlahiyyətlərini aşıb. O, konqresə və xalqın istəklərinə hörmət etmir".
Demokrat konqresmenin sözlərinə görə, Tramp bir diktatordur. O, təkcə öz maraqlarını üstün tutur və bu məsələnin qarşısı alınmalıdır.
ABŞ Nümayəndələr Palatası 2019-cu il dekabrın 19-da Trampın impiçmentinə dair qətnamənin hər iki bəndi yəni " səlahiyyətlərindən sui-istifadə" və "konqresin təhqiqtlarına mane olmaq" bəndlərini yekdilliklə təsdiqlədi və beləliklə o, ABŞ tarixində impiçment edilən üçüncü prezident oldu.
ABŞ Senatında Trampın impiçmenti ilə əlaqədar dinləmələr keçən həftə çərşənbə axşamı yanvarın 21-dən başlanıb.