Yan 28, 2020 09:19 Asia/Baku
  • Fransızlar təhsil sistemində düzəlişə etiraz ediblər
    Fransızlar təhsil sistemində düzəlişə etiraz ediblər

Fransalı məktəblilərin valideynləri bu ölkənin təhsil sistemində düzəlişə etiraz olaraq, aksiya keçiriblər.

Fransalı məktəblilərin valideynləri dünən Parisdə, son zamanlar icraya qoyulmuş məktəb imtahanlarının keçirilmə qaydalarına düzəlişə etiraz olaraq, aksiya keçiriblər.

Fransanın təhsil naziri Jan Mişel Blankenin bu həftə ilk ardıcıl imtahanlarla icraya qoyulan islahatları, bu ölkədəki məktəbləri və təhsil müəssisələrini hərc-mərcliyə düçar edibdir.

Birliklər, müəllimlər və məktəblilər son günlər müxtəlif formalarda bu islahatların dayandırılmasını istəyiblər. Onların sözlərinə görə, bu layihə bərabərsizliyə səbəb olacaq.

Fransa ötən ilin dekabr ayının əvvəllərindən bəri bu ölkənin prezidenti Emmanuel Makrona qarşı aksiya və tətillərin şahididir. Bu aksiya və tətillər pensiya sisteminə düzəlişə, eləcə də kapitalizm quruluşuna etirazlardan qaynaqlanır.

Teqlər