Fev 03, 2020 12:27 Asia/Baku
  • Tailandda koronavirusa əlac tapıldığı deyilir
    Tailandda koronavirusa əlac tapıldığı deyilir

Tailandda həkimlər iddia edirlər ki, HİV və qrip dərmanlarının tərkibindən koronavirusa qarşı dərman hazırlamaq üçün müsbət nəticələr əldə edilib.

Spotnik xəbər verir ki, Tailand həkimləri bu iki dərmanın tərkibini bir xəstə üzərində sınaqdan keçiriblər və 48 saat sonra kronavirusdan heç bir əsəs müşahidə olunmayıb. 

Tailandiyalı həkim Kriqanska Atiporvanoviç deyib: Bu virusun qəti müalicəsi yolu deyil amma xəstələrin vəziyyətini xeyli yaxşılaşdırır.

Öncə Çinin səhiyyə rəsmiləri də koronavirus ilə mübarizə üçün QİÇS və qrip dərmanlarının tərkibindən istifadə imkanlarından xəbər vermişdilər. 

Tailandda 19 nəfərdə  koronavirusa yoluxma halı müəyyənləşdirilib. 

Çinin Səhiyyə Nazirliyi bu gün bildirib ki, koronavirusa yoluxanlardan növbəti 56 nəfərin ölümü ilə bu virus qurbanlarının sayı 360 nəfərə çatıb. 

İlk dəfə Çinin Uhan şəhərində müşahidə olunan kronavirus indiyədək 14 min 562 nəfəri yoluxdurub.

TAİLANDDA KORONAVİRUSA ƏLAC TAPILDIĞI DEYİLİR

Teqlər