Fev 04, 2020 09:19 Asia/Baku
  • Fransız həkim və vəkillər Makrona qarşı aksiya keçiriblər
    Fransız həkim və vəkillər Makrona qarşı aksiya keçiriblər

Fransalı həkim və vəkillər bu ölkə hökumətinin pensiya qanunlarını islah etmək barədəki qərarlarına etiraz olaraq, Paris küçələrinə çıxıblar.

Fransalı həkim və vəkillər bu ölkənin prezidenti Emmanuel Makronun hökumətinin siyasətlərinə qarşı çıxan digər etirazçılara qoşulublar. Onlar dünən paytaxt Parisdə təqaüdçülərin hüquqları və əmək haqqılarına düzəlişə qarşı geniş şəkildə aksiya keçiriblər.

Fransa hökuməti pensiya yaşını və bu dövrün əmək haqqı və məziyyətlərinin alınmasını 64 yaşa çatdırmaq istəyir.

Fransada aparılan rəy sorğuları pensiya qanunlarına düzəlişin aparılması sahəsində bu ölkənin müxtəlif təbəqələrinin etirazlarından söz açır. Belə ki, gənclər və yaşlı fəhlələr ona qarşı çıxırlar.

Fransada pensiya qanunlarında islahatlar 2022-ci ildən gənc fəhlələr üçün icra olunmalıdır.

Fransa hökumətinin bu qərarına qarşı geniş etiraz və tətillər ötən milad ili dekabrın beşindən başlanıb və hələ də davam etməkdədir.

Teqlər