Fev 12, 2020 11:29 Asia/Baku
  • Xarici hərbi qüvvələr Əfqanıstanda qalacaqlar
    Xarici hərbi qüvvələr Əfqanıstanda qalacaqlar

NATO-nun baş katibi bir iddiada Əfqanıstanda sülhün bərqərarı üçün xarici hərbi qüvvələrin bu ölkədə olmalarını zəruri adlandırıb.

Yens Stoltenberq dünən Brüssel-də keçirdiyi bir mətbuat konfransında iddia edib ki, NATO və Amerika Əfqanıstanda savaşın başa çatması, sülh və təhlükəsizliyin bərqərarınadək bu ölkəni tərk etməyəcəklər.

NATO-nun baş katibi həmçinin deyib ki, bu hərbi təşkilat və Amerika xarici hərbçilərin Əfqanıstandakı iştiraklarının azaldılması haqda qərara gəlməyiblər.

Qeyd edək ki, Amerika Əfqanıstana qoşun yeritdiyi 2001-ci ildən bəri bu ölkədə savaşa son qoymağı və təhlükəsizliyi təmin etməyi bacarmadığını əməldə sübuta yetiribdir.

ABŞ və müttəfiqləri Əfqanıstanda təhlükəsizlik yarada bilməkdə aciz qalıblar. Bu bir yana qalsın, onların iştirakı Əfqanıstanda əmin-amansızlıq, terrorizm və narkotik maddələr istehsalının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olubdur. Əfqanıstanın xalqı və dövlət başçıları dəfələrlə xarici qüvvələrin bu ölkədəki iştiraklarının davam etməsini tənqid edib və onların ölkədən çıxmalarını istəyiblər.

Hazırda Əfqanıstanda 13 mindən çox xarici hərbçi var.

 

 

 

Teqlər