Fev 15, 2020 09:41 Asia/Baku
  • Güclər dünyanı təhlükəli ediblər
    Güclər dünyanı təhlükəli ediblər

Almaniya prezidenti Münhen təhlükəsizlik konfransının açılış mərasimində deyib ki, güclər dünyanı təhlükəli bir məkana çeviriblər.

Frank Valter Ştayn Mayer bununla bağlı, Amerika, Rusiya və Çinin adlarını sadalayıb və onları çoxvektorluluqdan uzaqlaşmaqda ittiham edib.

Ştayn Mayer xüsusilə Amerika prezidenti Donald Trampın "Əvvəl, Amerika!" və "Amerikanı bir daha yüksəlt!" şüarlarını tənqid atəşinə tutub.

Almaniya prezidenti deyib: Amerika öz şərikləri və müttəfiqlərinin xərcləri ilə yüksəliş yolunu keçməyə çalışır.

Ştayn Mayer söyləyib: Tramp hökumətinin rəftarı dünya ictimaiyyətinin istəyinin əksinə yönəlib.

56-cı Münhen təhlükəsizlik konfransı dünən təqribən otuz beş dövlət başçısı və yüzə yaxın xarici işlər nazirinin iştirakı ilə başlandı. Konfrans üç gün davam edərək, fevralın on altısında başa çatacaqdır.

Teqlər