Tramp avropalıları informasiya həmkarlığını kəsməklə hədələyib
-
Tramp avropalıları informasiya həmkarlığını kəsməklə hədələyib
ABŞ-ın Berlindəki səfirinin sözlərinə görə, Amerika prezidenti “Huawei“ şirkəti ilə həmkarlıq edən Avropa ölkələrini informasiya həmkarlığını kəsməklə hədələyibdir.
Amerikanın Almaniyadakı səfiri Riçard Qrenell dünən təsdiq edib ki, Amerika prezidenti Donald Tramp beşinci nəsil internet şəbəkəsini işə salmaq üçün Çinin “Huawei“ şirkəti ilə həmkarlıq edən Avropa ölkələrini informasiya həmkarlığını kəsməklə hədələyibdir.
Qrenell bir tvitt-də yazıb: Etimad edilməyən beşinci nəsil internet şəbəkəsindən istifadə etmək qərarına gələn hər bir ölkə Amerikanın informasiyaları yüksək səviyyələrdə paylaşmaq üzrə imkanını təhlükəyə salır.
Amerikanın avropalı müttəfiqləri, xüsusən İngiltərə və Fransa bildiriblər ki, “Huawei“in onların 5G şəbəkəsində iştirakına mane olmaq niyyətində deyillər və yalnız bu şirkət üçün məhdudiyyətlər nəzərdə tutacaqlar.
ABŞ hökuməti Avropa ölkələrini Çinin “Huawei“ şirkətini Avropada beşinci nəsil internet şəbəkəsini konstruksiya və icra etməkdə iştirak etdirməkdən çəkindirməyə çalışır.