Almaniyada atışma amillərindən biri həbs olunub
Fev 20, 2020 12:33 Asia/Baku
Almaniya polisi səkkiz nəfərin ölümü ilə nəticələnən bu ölkənin qərbindəki atışma amillərindən birini həbs edib.
Almaniya polisi qeyd edib ki, bu ölkənin qərbində, Frankfurtun şərqindən 20 kilometr aralıda yerləşən Hanau şəhərində iki ölümcül atışma amillərinin həbs olunması üzrə geniş təhlükəsizlik əməliyyatı başlanıbdır.
Almaniya polisi sözçüsünün bildirdiyinə görə, bu iki atışma hadisəsində səkkiz nəfər öldürülübdür.
Həmin hadisələrdə beş nəfər də yaralanıbdır ki, onların vəziyyəti ağır elan edilibdir.
Atışma dünən yerli vaxtla saat 22 radələrində iki ənənəvi ərəb qəhvəxanasında və bir neçə dəqiqəlik zaman fasiləsində baş veribdir.
Yerli medialar ekstremist sağçıların bu hücuma müdaxiləsi ehtimalını rədd etmirlər.