Fev 23, 2020 12:32 Asia/Baku
  • Tramp Nevada ştatında Berni Sandersin qələbəsinə görə qəzəbləndi
    Tramp Nevada ştatında Berni Sandersin qələbəsinə görə qəzəbləndi

ABŞ prezidenti bir daha öz Tvitter səhifəsində seçkilərdəki potensial rəqiblərini sərt sözlərlə tənqid edib.

"Gənc Jurnalistlər Klubu"-nun məlumatına görə, Donald Tramp bir Tvittdə ABŞ-ın növbəti prezident seçkilərində Demokrat Partiyasından olan rəqiblərini təhqir edərək, yazıb: " Görünür böyük Nevada ştatında dəli Sandersin vəziyyəti yaxşıdı".

Demokratların partiya daxili səsvermələrinin son nəticələrinə əsasən, ABŞ-ın 2020 ildə keçiriləcək prezident seçkilərində bu partiyanın namizədi Berni Sanders 364 səs toplayaraq, birinci yerdə qərarlaşıb.

Bu məlumata görə, B.Sandersdən sonra Demokrat Partiyasının 2020-ci il seçkilərində digər məşhur namizədi Co Bayden 129 səslə ikinci yeri, liberal aktivist və milyarder Tom Steyer isə 60 səs toplayaraq, üçüncü yeri tutub.

D.Tramp əlavə edib: "Co Bayden və başqaları zəif görünürlər və qətiyyən, balaca Mayk Bloomberq prezidentlik debatlarının tarixindəki ən pis çıxışından sonra seçki fəaliyyətlərini yenidən başlaya bilməz.

 

Teqlər