Fev 23, 2020 20:47 Asia/Baku
  • ÜST koronavirusun yeni yayılma forması ilə bağlı xəbərdarlıq etdi
    ÜST koronavirusun yeni yayılma forması ilə bağlı xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun digər ölkələrdə sürətlə yayılmasından narahatdır.

"South Çhina Morning Post" qəzetinin yazdığına görə, ÜST-nin baş katibi Tedros Abhanom Qebreyesus fevralın 22-də koronavirusun digər ölkələrdə onun episentri yəni Çin ilə heç bir əlaqəsi olmadan, yayılmasından narahatlıq ifadə edib.

Qebreyesus dünyanın bütün ölkələrini, o cümlədən Afrika ölkələrini əməkdaşlıq və birgə planlarla bu virusla mübarizə aparmağa çağırıb.

ÜST-nın baş katibi əlavə edib: " Səhiyyə sistemləri zəif olan ölkələrin bu virus ilə mübarizə imkanlarının məhdud olması təbii haldır, buna görə də, Afrika ölkələri onun qarşısında birləşməlidirlər.

Belə bir şəraitdə ekspertlərin bir çoxu Çinin ötən iki ayda əldə etdiyi təcrübələrdən yararlanmağa çağırıblar, çünki Çində fevralın 22-də fevralın 21-ə nisbət yoluxma hallarında 55 faiz azalma qeydə alınıb.

 

Teqlər