Mart 09, 2020 14:59 Asia/Baku
  • Tramp Nyu-York qubernatoruna cavab verib

ABŞ prezidenti koronavirusla mübarizədə federal hökumətin fəaliyyətini tənqid edən Nyu-York qubernatorunun sözlərinə cavab verib.

Nyu-York qubernatoru Endro Komo bu ştatda fövqəladə vəziyyət elan etdikdən sonra federal hökumət tərəfindən adamı çaş-baş salan mesajlarla mübarizə aparacağını bildirib.

Nyu-York qubernatoru əlavə edib: ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens tərəfindən adamı çaş-baş salan mesajlar göndərilir.

Tramp da bu sözlərə cavab olaraq, bir tvitter mesajında yazıb: Heç bir çaş-başlıq yoxdur, əksinə məsələ, Nyu-York qubernatoru kimi şəxslərin siyasi bəhrələnmələridir.

ABŞ-da koronavirusun yayılması ilə bu ölkənin 8 ştatında fövqəladə vəziyyət elan olunubdur.

Amerika xəstəxanaları ehtimal üzrə koronavirusa yoluxacaq 96 milyon nəfəri qəbul etməyə hazırlaşır və proqnozlara görə, Amerika əhalisinin təqribən yarısı bu epidemiya nəticəsində həyatını itirəcək.

Bir çox ekspertlər Tramp hökumətinin koronavirus sahəsində məsələni gizlətməsini bu xəstəliyin yayılmasında təsirli bilirlər.

Son məlumatlara görə, ABŞ-da 290 nəfər koronavirusa yoluxub və 21 nəfər də bu xəstəlikdən həyatını itiribdir.

 

TRAMP NYU-YORK QUBERNATORUNA CAVAB VERİB

Teqlər