Mart 15, 2020 08:28 Asia/Baku
  • COVID-19 da sarıjiletlilərin öhdəsindən gələ bilmədi

Fransada anti-hökumət və anti-kapitalizm fəallarının aksiyaları koronavirus pandemiyasına rəğmən, 70-ci həftə dalbadal keçirilib.

Fransada anti-hökumət və anti-kapitalizm fəalları- sarıjiletlilərdən və onların tərəfdarlarından yüzlərlə nəfər koronavirus pandemiyasına görə toplantıların qadağan olunmasına rəğmən, dünən Paris küçələrində aksiya keçirib.

Fransa polisinin məlumatına görə, dünən təqribən 400 sarıgödəkçəli bu aksiyalarda iştirak edib. İki min polis məmuru da Parisin müxtəlif nöqtələrində yerləşibdir.

Polis məmurları etirazçıları dağıtmaq üçün dəfələrlə gözyaşardıcı qaz işlədiblər.

Fransa prezidenti Emmanuel Makronun siyasətlərinə qarşı etirazlar elə bir halda davam edir ki, bu ölkədə COVID-19-a yoluxanaların sayı 3600 nəfəri ötüb keçibdir. Bu virus indiyədək Fransada 79 nəfəri ölüm tələsinə salıbdır.

Fransanın baş naziri Edvard Filipp dünən gecə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərini gücləndirmək üçün bildirib ki, bazar günü səhər tezdən bu ölkədə bütün əyləncə məkanları, restoranlar və satış mərkəzləri bağlanacaqlar.

 

COVID-19 DA SARIJİLETLİLƏRİN ÖHDƏSİNDƏN GƏLƏ BİLMƏDİ

Teqlər