Mart 19, 2020 12:11 Asia/Baku
  • Tramp bir daha koronavirusu
    Tramp bir daha koronavirusu "Çin virusu" adlandırıb

ABŞ prezidenti koronavirusun Çindən yayılmasına görə, bu ölkə rəsmilərini tənqdi edib və bir daha koronavirusu "Çin virusu" adlandırıb.

Donald Tramp dünən COVID-19-a "Çin virusu" deməsini müdafiə edib.

O bunu həmin virusun Çindən ayrı ölkələrə yayılması ilə izah edib.

ABŞ prezidenti Pekin başçılarından istəyibdir ki, "amerikalı hərbçiləri koronavirusu Çinə ötürənlər" kimi təqdim etməyi təkrarlamaqdan çəkinsinlər.

Tramp bildirib ki, Çinə qarşı ticarət tariflərinin dayandırılmasına bir dəlil yoxdur.

Tramp sonra koronavirusun Amerikada yayılacağını proqnoz etmədiyini və nəhayət bu ölkədə vəziyyətin çox çətin olduğunu qəbul etdiyini etiraf edib.

Tramp vəd edib ki, onun hökuməti koronavirusla mübarizə etməyə çalışacaq və onun özü də "milli istehsal" qanununu imzalayacaq.

Bu qanuna görə, Amerikanın bütün sənaye mənbə və imkanları hərb, energetika, hava-kosmos və daxili təhlükəsizlik sahələrindəki ümumölkə proqramlarını himayə istiqamətində işlədiləcək.

Virciniya ştatında koronavirusa ilk yoluxma halının təsdiq olunması ilə Amerikanın bütün 50 ştatında bu virusa yoluxma təsdiq olunub və həmin virusdan ölənlərin sayı azı 150 nəfərə çatıb.

Yeni rəy sorğusunun nəticələri göstərir ki, Amerika xalqının təqribən 60 faizi bu ölkə prezidenti Donald Tramp tərəfindən koronavirus pandemiyası barədə deyilən sözlərə və təqdim olunan məluimatlara o qədər də inanmır və ya onun sözlərinə əsla etimad etmir.

 

TRAMP YENƏ COVID-19-U "ÇİN VİRUSU" ADLANDIRIB

Teqlər