Tramp «Vaşinqton Post»a hücum etdi
-
Tramp «Vaşinqton Post»a hücum etdi
ABŞ prezidenti «Vaşinqton Post» qəzetinə hücum edib və qəzetin Ağ Ev-in COVID-19-la zəif mübarizəsinə dair reportajını biabırçılıq adlandırıb.
Donald Tramp dünən gecə Ağ Ev-də keçirdiyi mətbuat konfransında «Vaşinqton Post» qəzetinin Ağ Ev-in COVID-19-la zəif mübarizəsinə dair reportajına sərt münasibət bildirib: Məncə, «Vaşinqton Post» informasiya cəhətdən bizi qeyri-düzgün işıqlandırır.
Tramp «Vaşinqton Post»un reportajını oxuduğunu bildirib və belə deyib: Bu, bir biabırçılıqdır, amma nə etmək olar, «Vaşinqton Post»dur da və biz onunla yaşamağa məcburuq.
«Vaşinqton Post» qəzeti cümə günü kəşfiyyat agentliklərinin məlumatları və xəbərdarlıqlarından agah olan ABŞ rəsmilərinə istinadla yazıb: Bu agentliklər koronavirusun mahiyyəti və bütün dünyada yayılması barədə Trampı məlumatlandırmış, həmçinin bu virusun aradan qaldırılması üçün hökumət tərəfindən lazımi ölçülərin görülməsi vacibliyini vurğulamışdılar.
TRAMP «VAŞİNQTON POST»A DA HÜCUM ETDİ