Apr 03, 2020 17:25 Asia/Baku
  • 2300 alman tibb işçisi koronaviruslu olub
    2300 alman tibb işçisi koronaviruslu olub

Bir Almaniya qəzeti xəbər verib ki, bu ölkədə 2300 həkim və şəfqət işçisi koronavirusa yoluxub.

Almaniyada ötən sutka ərzində 6655 nəfərin koronavirus testi pozitiv elan olunub. Beləliklə bu ölkədə həmin virusa yoluxanların ümumi sayı 84794 nəfərə çatıb.

Bu məlumata əsasən, Almaniyada qeyd olunan müddətdə daha 168 nəfər həmin virusa yoluxma nəticəsində həyatını itirib və ümumilikdə bu ölkədə koronavirusun qurbanlarının sayı 1107 nəfərə çatıbdır.

Almaniyada hökumətin karantin dövrünü uzatmasına rəğmən, indiyə kimi bu ölkədə COVID-19 böhranından zərər çəkən bir milyon yüz min nəfər maliyyə yardımı istəyibdir.

Bundan öncə Almaniyada koronavirusun daha artıq yayılmasının qarşısını almaq məqsədilə kansler Angela Merkel bu ölkədəki xüsusi məhdudiyyətlərin aprelin 19-dək, iki həftə müddətinə uzadılmasından xəbər vermişdi.

2300 ALMAN HƏKİM VƏ TİBB İŞÇİSİ COVID-19-A YOLUXUB

Teqlər