Fransada koronavirus qurbanlarının sayı artıb
https://azeri.sahartv.ir/news/dünya-i360213-fransada_koronavirus_qurbanlarının_sayı_artıb
Fransa hökumətinin elan etdiyi son statistikaya görə, bu ölkədə koronavirus qurbanlarının sayı 8 min 78 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2020 08:43 Asia/Baku
  • Fransada koronavirus qurbanlarının sayı artıb
    Fransada koronavirus qurbanlarının sayı artıb

Fransa hökumətinin elan etdiyi son statistikaya görə, bu ölkədə koronavirus qurbanlarının sayı 8 min 78 nəfərə çatıb.

Fransa rəsmiləri aprelin 5-də bildiriblər ki, koronavirus xəstələrindən daha 357 nəfərin ölümü ilə bu ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 8 min 78 nəfərə çatıb. Bu miqdardan 5 min 889 nəfər xəstəxanlarda, 2189 nəfər isə qocalar evlərində vəfat edibdir.

Fransa rəsmilərinin sözlərinə görə, bu ölkədə koronavirusa yoluxanların sayı 92 min 800 nəfəri keçib və COVID-19-un yayılması prosesi sıçrayışla davam etməkdədir.

Fransa xəstəxanalar federasiyasının sədri bildirib ki, yaxın gələcəkdə bu ölkə xəstəxanaları böyük izdihama görə, yeni xəstə qəbul etməyə qadir olmayacaqlar.

COVID-19 FRANSANI ÖZÜ İLƏ SÜRÜYÜB APARIR