Apr 08, 2020 18:11 Asia/Baku
  • COVID-19 Almaniyanın AB-a dövri sədrliyi üçün böyük bir problem
    COVID-19 Almaniyanın AB-a dövri sədrliyi üçün böyük bir problem

Almaniyanın Avropa Birliyindəki nümayəndəsi ölkəsinin cari ilin ikinci yarısında Avropa Birliyinə dövri sədrliyi barədə xəbərdarlıq edib.

Almaniyanın Avropa Birliyindəki səfiri Maykl Klaus koronavirus pandemiyasının geniş təsirləri haqda bu ölkənin kansleri Angela Merkelə və həmin ölkənin nazirliklərinə yazdığı bir qeyddə belə vurğulayıb: Bizim Avropa Birliyinə dövri sədrliyimiz daha, öncədən aparılmış proqramlaşdırma əsasında həyata keçirilə bilməz.

Klaus Almaniyada çıxan «Şpigel» həftəliyinin dünən nəşr etdiyi 6 aprel tarixli bu 6 səhifəlik məktubda vurğulayıb ki, Almaniyanın Avropa Birliyinə dövri sədrliyi ilə bağlı məsələlər koronavirus böhranına görə, aşkar şəkildə dəyişəcək. O, sonra bildirib: Koronavirus böhranı dövründə Brüsseldə siyasətyürütmə üslubu dəyişikliyə məruz qalacaq və çox çətin olacaqdır.

O, həmçinin vurğulayıb ki, iqlim dəyişiklikləri ilə mübarizə məsələsi daxil olmaqla nəzərdə tutulmalı olan sabiq proqramlaşdırmalara əsaslanan mövzular bu şəraitdə kənara qoyulacaqdır.

Almaniya cari ilin ikinci yarısında, yəni iyulun birindən Avropa Birliyinə dövri sədrlik məsuliyyətini üzərinə götürəcək.

Almaniya hazırda Amerika, İspaniya və İtaliyadan sonra COVID-19-a yoluxmuş xəstələrin sayı baxımından dünyanın dördüncü ölkəsidir.

Statistikalar göstərir ki, Almaniyada 109 min 69 nəfər bu virusa yoluxub və 2 min 16 nəfər də vəfat edibdir.

COVID-19 BERLİNİN QABAĞINA DAŞ ATDI

Teqlər