Oksfam Yəməndə koronavirus pandemiyası haqda xəbərdarlıq edib
-
Oksfam Yəməndə koronavirus pandemiyası haqda xəbərdarlıq edib
Beynəlxalq Yardım Təşkilatı- Oksfam Yəməndə koronavirus pandemiyası haqda xəbərdarlıq edib.
Oksfam bir açıqlamada bildirib ki, Yəməndə ilk koronavirus halının qeydə alınması, yetərincə səhiyyə imkanlarının yoxluğundan əziyyət çəkən bu ölkəyə ölümcül bir zərbədir.
Bu açıqlamada deyilir: Yəməndə 17 milyon nəfərdən çox insan təmiz su əldə etməyə qadir deyil. Milyonlarla yəmənli də çoxizdihamlı məkanlarda və mühacirlər düşərgəsində yaşayır.
Oksfam xəbərdarlıq edib ki, Yəmənin müalicə mərkəzlərinin təkcə yarısı tam gücü ilə fəaliyyət göstərir və dərman, təchizat və tibb işçiləri sahəsində nəzərəçarpacaq çatışmazlıqlar mövcuddur.
Oksfam-ın açıqlamasında deyilir: Yəmənin müxtəlif sektorlarına yardımların azalması ilə bir zamanda koronavirusun geniş surətdə yayılması ehtimalı hazırda bu ölkənin böhranlı şəraitində yaşayan milyonlarla insan üçün bir faciədir.
YƏMƏNDƏ COVID-19-UN YAYILMASI HAQDA XƏBƏRDARLIQ