Apr 13, 2020 16:42 Asia/Baku
  • AB sərhədləri daha 6 ay bağlı qala bilər
    AB sərhədləri daha 6 ay bağlı qala bilər

Fransa prezidenti xəbərdarlıq edib ki, ola bilsin, Şengen zonasının sərhədləri koronavirus pandemiyasına görə, bağlı qalmış olsun.

Fransa prezidenti Emmanuel Makron xəbərdarlıq edib ki, ola bilsin, Şengen zonasının sərhədləri koronavirus pandemiyasına görə, 2020-ci ilin sentyarbr ayınadək bağlı qalmış olsun.

Bu xəbərdarlığı bir video-konfransda edən Fransa prezidenti bu şəraitin dəlilini koronavirusun Avropa Birliyinə üzv ölkələrdə yenidən yayılmasının qarşısının alınması adlandırıbdır.

Koronavirusun yayılmasından bəri Avropa Birliyi Şengen zonasının sərhədlərini bağlamaq qərarına gəldi və Almaniya ilk ölkə kimi Avstriya, Danimarka, Fransa, Lüksemburq, İsveçrə ilə sərhədlərinə nəzarəti gündəmə gətirdi.

Dörd Avropa ölkəsi- İspaniya. İtaliya, Fransa və Almaniya Amerikadan sonra dünyada ən çox koronavirus daşıyıcısına malikdirlər.

AB SƏRHƏDLƏRİ DAHA 6 AY BAĞLI QALA BİLƏR

Teqlər

Şərhlər