Qaşıqçının terrori barədə yeni detallar
-
Qaşıqçının terrori barədə yeni detallar
Türkiyə səud hökumətilə müxalif olan media fəalı Camal Qaşıqçının terroru barədə yeni detalları ifşa edib.
Bu detallar Camal Qaşıqçının terrorunun planlaşdırılması və icrasında əli olmuş 20 müttəhimə qarşı tam cinayət işi formasında yayılıbdır.
Türkiyə baş prokurorluğunun qaldırdığı cinayət işinə əsasən, bu 20 nəfərdən ikisi plan hazırlamaqda, 18-i isə səudiyyəli jurnalist Camal Qaşıqçının terrorunun icrasında ittiham olunur.
Türkiyə baş prokurorluğu bildirib ki, bu cinayət işi Ərəbistan kəşfiyyat təşkilatının sabiq rəis müavini Əhməd Əsiri və səudiyyə krallığı ofisində sabiq müşavir Səud Əlqəhtanini «qəsdən qətlə təhrik»də ittiham edir. Zira bu iki şəxs terroru həyata keçirmək üçün proqramlaşdırma aparmış və terror dəstəsinə bu tapşırığı yerinə yetirmək göstərişi vermişdi.
Prokurorluğun bildirdiyinə görə, bu cinayət işi baş konsulun mənzilinin işçisi və aşpazından, həmçinin konsulluğun iki işçisindən istintaqlar və sənədlərə şamil olur. Bütün bunlara, bütövlükdə 24 digər sənəd olmaqla qapalı kameraların filmləri və fotoları da əlavə olur.
Yəməndə hərbi cinayətlər törətməsinə və insan haqlarını pozmasına görə, səud rejimini dəfələrlə tənqid etmiş ərəbistanlı jurnalist Camal Qaşıqçı 2018-ci ilin oktyabrında Ərəbistanın İstanbuldakı konsulluğunda faciəli tərzdə qətlə yetirildi.
MKİ daxil olmaqla kəşfiyyat orqanları xəbər verdilər ki, bu qətl səudiyyə vəliəhdinin göstərişi ilə həyata keçirilibdir.
QAŞIQÇININ QƏTLİ HAQDA YENİ DETALLAR