Apr 28, 2020 14:07 Asia/Baku
  • Fransada işsizlərin sayı olduqca artıb

Fransanın əmək nazirliyi koronavirus pandemiyasından sonra bu ölkədə işsizlərin sayının misilsiz şəkildə artmasından xəbər verib.

Fransanın əmək nazirliyi bu ölkənin iş bazarının ağır vəziyyəti barədəki ən yeni məlumatda bildirib ki, mart ayında Fransada iş axtaran şəxslərin sayı fevral ayına nisbətən 7,1 faiz artıbdır.

Bəyanatda deyilir: Fransanın dövlət işaxtarma təşkilatlarında adlarını qeydə aldırmış iş axtaran şəxslərin sayı bu bir aylıq dövrdə 246 min nəfər artıbdır ki, bu da 1996-cı ildə məşğulluqla bağlı rəqəmlərin qeydə alınmasının başlanmasından bəri ən yüksək artımdır.

Həmçinin qısamüddətli və ya müvəqqəti müqavilələrə malik olan işçilərin sayı mart ayının ortasından Fransada koronavirusla bağlı ümumölkə tətili və karantinin başlanması ilə artıbdır.

Ən yeni statistikaya əsasən, indiyədək Fransada 162 min 100 nəfər koronavirusa yoluxub və bu ölkə ABŞ, İspaniya və İtaliyadan sonra dünya üzrə dördüncüdür.

Fransada COVID-19 tələfatının sayı təqribən 23 min nəfərə çatıbdır.

 

Teqlər

Şərhlər