Amerikanlar ölkələrinin iqtisadi cəhətdən dağılmasından nigarandırlar
Amerikada «Aksius İpsus» müəssisəsinin rəy sorğusunun nəticələri göstərir ki, bu ölkə xalqının 90%-i koronavirus pandemiyasına görə, ölkəsinin iqtisadi cəhətdən dağılmasından nigarandır.
Çərşənbə axşamı günü yayılan bu rəy sorğusunun nəticələrinə əsasən, Amerikanın iqtisadi cəhətdən dağılmasından nigarançılıq həm respublikaçılar, həm də demokratlar partiyalarında eyni miqdarda müşahidə olunur.
Bu rəy sorğusuna görə, Amerika xalqının 74%-i yaşayışın vaxtından əvvəl adi vəziyyətə qayıtmasından və məhdudiyyətlərin götürülməsindən nigarandır.
Amerikada 26 milyon nəfərdən çox insan koronavirus pandemiyasınınn başlanmasından bəri öz işini itirib və işsizlik sığortası almaq üçün qeydiyyatdan keçibdir. Bir çox iqitsadi ekspert də bu ölkədə iqtisadi durğunluq haqda xəbərdarlıq edib.
Bu rəy sorğusu elə bir halda keçirilibdir ki, hazırda bu ölkədə bir milyon 22 min 265 nəfər koronavirusa yoluxub və 57 min 862 nəfər də bu virusa yoluxma nəticəsində həyatını itiribdir.
AMERİKANLAR ABŞ-IN İQTİSADİ CƏHƏTDƏN DAĞILMASINDAN QORXURLAR