May 03, 2020 11:00 Asia/Baku
  • MOSSAD və Berlin Livan Hizbullahına qarşı əlbir imişlər

Sionist medialar MOSSAD-ın Berlinin Livan Hizbullahına qarşı son hərəkətində Almaniyanın xəfiyyə orqanı ilə əlbir olmasından xəbər veriblər.

Bir sionist vebsayt sionist rejimin casusluq mənbələrinə istinadla xəbər veribdir ki, MOSSAD-ın amilləri Livan Hizbullahına üzvlüyə aid edilən bəzi üzvlər haqda məlumatları Berlinə ötürmüşdülər.

Bir sionist məsul şəxs də sionist rejimin 12-ci telekanalı ilə müsahibədə bu macəranın detallarına və Almaniya casusluq təşkilatının rəisi Berno Kalın MOSSAD-la yaxın dostluğuna işarə edib.

Almaniyanın daxili işlər nazirliyi ötən cümə axşamı günü Livan Hizbullahını terrorçu adlandırdı və bu qrupun Almaniya ərazisindəki fəaliyyətlərini qadağan etdi.

Almaniyanın daxili işlər nazirliyinin bu qərarı regiondakı müqavimət mehvərinin vahid cavabı ilə üzləşibdir.

 

Teqlər