ABŞ-ın Minnesota ştatı qondarma "DQR"-nin müstəqilliyini tanıyıb
ABŞ-ın Minnesota Ştatının Senatı qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanəyıb.
Armen-Press Xəbər Agentliyi Amerika Erməni Assambleyasına istinadla xəbər verir ki, bu barədə qətnamə Minnesota Ştatının Senatında səs çoxluğu ilə qəbul olunub.
Assambleya amerikalı qanunvericilərin bu addımını alqışlayaraq bildirib ki, qətnamənin qəbulunda xüsusi rol oynadıqlarına xatir senatorlar Paul Qazelka və Mari Kiffmeyer-ə dərin minnərdarlığını çatdırıb.
Xatırladaq ki, Minnesota ABŞ-da 9-cu ştat olaraq qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası müstəqilliyini tanıyır. Bundan əvvəl Kaliforniya, Ceorcia, Havai, Luiziyana, Mayn, Massaçusets, Miçiqan və Ros Aylend ştatları da erməni separatçılarına dəstək vermiş və "DQR"-nin müstəqilliyini tanımışlar.
Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi hələlik Minnesota Senatının qərarına münasibət bildirməyib.
ABŞ-IN MİNNESOTA ŞTATI QONDARMA DQR-İN MÜSTƏQİLLİYİNİ TANIYIB